Yazı qaydaları

ÜMUMİ QAYDALAR

  1. Məqalələrin məzmunu

               Jurnala göndəriləcək məqalələr sosial elmlər sahəsinə öz töhfəsini verəcək və sosial elmlərə yenilik gətirəcək səviyyədə aktual və orijinal olmalı, analitik xarakter daşımalı və akademik tələblərə cavab verməlidir. Elmi məqalənin Giriş hissəsində mövzunun aktuallığı əsaslandırılmalı, Mətn hissəsində tədqiq edilən məsələlər, qaldırılan problemlər bölmələr üzrə ətraflı şərh edilməli, Nəticə hissəsində elm sahəsinin və məqalənin xarakterinə uyğun olaraq müəllifin gəldiyi elmi qənaət, işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti, iqtisadi səmərəsi və s. aydın şəkildə verilməli, təklif və tövsiyələr irəli sürülməlidir.     

  1. Məqalələrin strukturu, tərtib edilmə qaydaları və həcmi

               Redaksiyaya təqdim edilən məqalələr Ali Attestasiya Komissiyasının dövri elmi nəşrlərin qarşısında qoyduğu tələblərə (http://aak.gov.az) və “Sosiologiya.Sosial psixologiya.Siyasət” elmi araşdırmalar jurnalının “Müəlliflər üçün qaydalar”ına tam cavab verməlidir.

               Məqalələr dəqiq strukturlaşdırılmalıdır. Hər məqalədə ardıcıl olaraq:

  • UOT indekslər və PACS tipli kodlar təqdim edilir.
  • Müəllifin adı və soyadı, Müəllifin işlədiyi qurumun adı və ünvanı, Müəllifin vəzifəsi, elmi dərəcəsi və elmi adı, təmsil etdiyi ölkə və electron poçt ünvanı səhifənin yuxarı sağ küncündə göstərilir.
  • Məqalənin adı – səhifənin ortasında, böyük hərflərlə, qaraldılmış sriftlərlə (başlıq və mətn arasında – sətir atlama) verilir.
  • Məqalənin yazıldığı dildə Xülasə və ən azı 5 açar söz göstərilir.
  • Məqalənin Giriş hissəsi müəllif tərəfindən müəyyən edilir.
  • Əsas mətn yarımbaşlıqlara bölünür.
  • Tədqiqatın əsas elmi nəticələri qısa və ümumiləşdirilmiş şəkildə Nəticə hissəsində təqdim edilir.
  • Məqalələrin sonunda iki dildə (azərbaycan dilində olan məqalələrə rus və ingilis, türk və rus dilində olan məqalələrə azərbaycan və ingilis; ingilis dilində olan məqalələrə azərbaycan və rus dillərində) “Xülasə” verilir (burada tədqiqatın elmi yeniliyi, tətbiqi əhəmiyyəti və nəticə göstərilir)
  • Hər bir “Xülasə”dən sonra açar sözlər təqdim edilir.
  • Cədvəl və şəkillərin adı olmalı və nömrələnməlidir.
  • Məqalənin həcmi yuxarıdakı şərtlər nəzərə alınmaqla 8 səhifədən az olmamalıdır. A4 formatında, Times New Roman şrifti, şrift ölçüsü – 12, sətir aralığı – 1,5, abzas – 1 sm, haşiyələr: sol – 2,5 sm, sağ – 1,5 sm, yuxarı və alt – hər biri 2 sm olmalıdır.
  • Məqalədə rast gəlinən mənbələrə istinad olunma qaydası:
  • Məqalədə yalnız istinad edilən ədəbiyyat kodlaşdırılaraq sonda əlifba sırası ilə verilir.
  • İstinad edilmiş ədəbiyyatın kodu mötərizədə yazılır. (Məs.: Duqlas Nortun fikrinə görə,
  • İnstitutlar cəmiyyəti … formal çərçivələrlə məhdudlaşdırır və sosial münasibətləri təşkilatlandırır” [76, s. 35-36].)
  • Məqalənin sonunda Ədəbiyyat siyahısı verilir.
  • Ədəbiyyat siyahısı dissertasiyalara şamil edilən müvafiq qaydalara uyğun tərtib olunmalıdır.
  • Məqalələrin redaksiyaya təqdim edilmə qaydası:

Məqalələr electron qaydada təqdim edilə bilər. Jurnalın saytında xüsusi “Online məqalə qəbulu” bölməsi vardır.

 Müəlliflər məqalələri jurnalın electron poçtuna da (ssps.journal@academic-studies.az) göndərə bilərlər.

Məqalə ilə yanaşı müəlliflər jurnalın saytındakı (https://academic-studies.az) Arayış bölməsində tələb edilən məlumatları yerləşdirib redaksiyaya təqdim etməlidirlər.

III. Məqalələrin qiymətləndirilməsi, resenziyalaşdırılması və dərci

 “Sosiologiya.Sosial psixologiya.Siyasət” elmi araşdırmalar jurnalına göndərilən məqalələr əvvəlcə redaksiya tərəfindən jurnalın nəşri prinsipləri baxımından qiymətləndirilir. Nəşr prinsiplərinə uyğun olmayan məqalələr düzəldilmək üçün müəllifə göndərilə və ya resenziyalaşdırmadan imtina edilə bilər.

Resenziyalaşdırma üçün qəbul edilən məqalələrin resenziya prosesində elmi obyektivlik və elmi keyfiyyət kriteriyalarına xüsusi diqqət yetirilir. Resenziyalaşdırma üçün qəbul edilən yazılar müvafiq sahəyə aid iki resenzentə göndərilir. Resenzentlərin adları məxfi saxlanılır. Müəlliflərin resenzentlərin və redaksiyanın tənqid, irad və təkliflərini nəzərə almaları zəruridir. Müəlliflər razılaşmadıqları məqamlarla bağlı əsaslandırılmış şəkildə etiraz etmək hüququnu saxlayırlar. Nəşrə qəbul edilməyən məqalələr müəlliflərinə qaytarılmır.

  1. Kompliyuasiya və plagiatlıq halları

Bütün məqalələr kompliyasiya və ya plagiat ola biləcəyi ehtimalına görə nəzərdən keçirilir. Plagiatlıq hallarına rast gəldikdə məqalə dərhal çap prosesindən kənarlaşdırılır.

  1. Müəlliflik hüquqları

Jurnalda dərc edilən məqalələrdə müəlliflik hüququ qorunur və bu məqalələrin bütün nəşr hüquqları “Sosiologiya.Sosial psixologiya.Siyasət” elmi araşdırmalar jurnalına aiddir.

Göstərilən tələblərə cavab verməyən məqalələr dərc edilmir.

Hər hansı bir nömrədə nəşr edilmiş məqalələrdə rast gəlinən səhvlərin növbəti saylarda göstərilməsini nəzərdə tutan “DÜZƏLİŞ” bölməsi vardır.