Academic Studies Logo
fingerprint
ISSN & Başlanğıc2709-78462021 / 2024
update
Dövrİldə 4 NəşrQuarterly
person
NaşirSəadət MəmmədovaJurnalın Təsisçisi
edit
RedaktorHümeyir ƏhmədovBaş Redaktor

Etik Prinsiplər və Nəşr Siyasəti

ETİK QAYDALAR

Müəlliflik

Məqalənin müəllifləri tədqiqat işinə əhəmiyyətli töhfə verən şəxslər olmalıdırlar. Müəlliflik tələbləri aşağıdakı meyarlara əsaslanır:

  • Tədqiqat işinin konsepsiyasının hazırlanması və planlaşdırılması
  • Tədqiqatın icrası və məlumatların təhlili
  • Məqalənin yazılması və onun yekun formasının təsdiqi
  • Müəlliflik sırası bütün müəlliflərlə razılaşdırılmalı və bu, məqalədə açıq şəkildə göstərilməlidir.

Maraq toqquşmaları

Sosiologiya.Sosial psixologiya.Siyasət elmi araşdırmalar jurnalı etibarlı elmi tədqiqatlar və şəffaflıq prinsiplərinə sadiqdir:

Müəlliflər: Tədqiqat işinin hazırlanması və ya dərc edilməsinə təsir göstərə biləcek hər hansı şəxsi və ya maliyyə maraqlarını bəyan etməlidirlər.

Redaktorlar: Hər hansı bir müəlliflə şəxsi və ya peşəkar əlaqələr varsa, bu məlumatı açıq şəkildə bəyan etməli və obyektivliyə xələl gəlməməsi üçün prosesdən çəkinməlidirlər.

Rəyçilər: Maraq toqquşmalarının olduğunu aşkarlayarlarsa dərhal redaksiyaya məlumat verməlidirlər.

Plagiat və qayda pozuntuları

Plagiat, digər şəxslərin işlərinin və fikirlərinin istinad edilmədən istifadə olunmasıdır. Müəlliflər təqdim etdikləri məqalənin orijinal olduğuna və bütün mənbələrin düzgün şəkildə istinad edildiyinə əmin olmalıdırlar.

Məlumat məxfiliyi

Tədqiqat məlumatları məxfiliyi qorumaq məqsədilə gizli saxlanılmalıdır. İştirakçıların şəxsiyyətlərinin qorunması təmin edilməlidir.

REDAKSİYA TƏLİMATLARI

Məqalələrin təqdimat prosesi

Məqalələr redaksiyaya iki formada təqdim edilə bilər:

  • Onlayn sistem vasitəsilə: Veb-saytdakı "Məqalə göndər" bölməsindən.
  • E-poçt vasitəsilə: academic.studies@yahoo.com ünvanına göndərməklə.

Rəy prosesi

Jurnalda məqalələrin qiymətləndirilməsi ikitərəfli kor baxış (double-blind peer review) rəyi əsasında həyata keçirilir.

İlkin baxış: Redaksiya heyəti tərəfindən jurnala uyğunluq yoxlanılır.

Resenziya: Anonim olaraq uyğun mütəxəssislərə göndərilir.

Qərar: Rəyçilərin rəyinə əsasən nəşrə qəbul və ya imtina qərarı verilir.

Nəşr haqqı:

Nəşr proseslərinin xərcləri (DOI, texniki nəzarət və s.) üçün müvafiq müəlliflərdən 50 AZN ödəniş tələb olunur.

Sosiologiya.Sosial psixologiya.Siyasət jurnalı açıq giriş (Open Access) siyasətinə uyğun fəaliyyət göstərir (CC BY-NC 4.0).